Ombudsman Qubada baş verənlərlə bağlı Ədliyyə Nazirliyinə müraciət etdi

img

07-01-2017 [12:40]


Ombudsman Aparatı Quba Rayon məhkəməsində 10 yaşlı Nuray Bayramzadəyə qarşı törədilən zorakılıq faktı ilə əlaqədar Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə məktub göndərib.

Bunu Trend-ə Ombudsman Aparatının Aparat rəhbəri Aydın Səfixanlı deyib. Onun sözlərinə görə, məktubda 10 yaşlı Nuray Bayramzadəyə qarşı məhkəmə qərarının icrası zamanı Ədliyyə Nazirliyi İcra Baş Baş İdarəsinin Quba icra şöbəsinin icra məmurları tərəfindən onun psixoloji durumu, keçirdiyi sarsıntı nəzərə alınmadan kobudluğa yol verildiyi göstərilib.

Məktubda eyni zamanda, Uşaq Hüquqları Haqqında Konvensiyanın, uşaq hüquqları haqqında qanunvericliyin pozulması hallarının olduğu diqqətə çatdırılıb.

Məktubda bildirilib ki, idarə bununla bağlı araşdırma aparıb təcili Ombudsman Aparatına məlumat verilsin. Eyni zamanda, Ombudsman Aparatının Quba Regional bölməsinə konkret tapşırıq verilib ki, bu məsələ onlar tərəfindən diqqətdə saxlanılsın.

A.Səfixanlı əlavə edib ki, artıq uşağın xalası ilə əlaqə saxlanılıb və azyaşlının xalasının yanında olduğu və vəziyyətinin də normal olduğu bildirilib. Uşağın xalasının nəzərinə çatdırlıb ki, hər hansı hadisə baş verərsə, bununla bağlı Ombudsman Aparatına və qurumun "Qaynar xətt"inə məlumat verə bilərlər.



Digər xəbərlər
SON XƏBƏRLƏR