Şriftin ölçüsü / 480 dəfə oxunub

Lənkəranda atışma olub, 1 nəfər yaralanıb

06 Yanvar 2017 [22:51]

Axşam saatlarında Lənkəran rayonunda silahlı insident baş verib.

Mia.az-ın məlumatına görə, "report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Bürcəli kəndində qeydə alınıb. Atışma nəticəsində 1985-ci il təvəllüdlü Abbasov Taleh Rəfqan oğlu odlu silah yarası alıb və xəstəxanaya yerləşdirilib. Yaralı dərhal əməliyyat otağına göndərilib.

Zərərçəkənin atasının sözlərinə görə, oğlu 4 nəfərlə mübahisə edib və bu zəmində ona atəş açılıb.




SON XƏBƏRLƏR