Şriftin ölçüsü / 299 dəfə oxunub

Tramp Azərbaycandakı səfirini geri çağırır

06 Yanvar 2017 [11:26]
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası innaqurasiyaya qədər bütün ölkələrdəki səfirlərinin geri çağırılması ilə bağlı sərəncam verib.

Bu barədə The New York Times amerikalı diplomatlıara istinadən belə məlumat yayıb. Nəşrin yazdığına görə, bu, uzun illər sonra diplomatlara möhlət vermədən istefaya göndərilməsini nəzərdə tutan qərar olacaq.

Diplomatların sözlərinə görə, sərəncamda qeyd edilir ki, bütün səfirlər istisnasız olaraq vəzifələrindən getməlidirlər. Bununla da, Vaşinqton bir neçə aylıq Almaniya, Kanada, Böyük Britaniya kimi vacib ölkələrdə diplomatlarsız qala bilər(qafqazinfo).

Qeyd edək ki, qərarın ABŞ-ın Azərbaycandakı səfirinə də şamil olunacağı istisna olunmur. Bütün səfirlərin yanvarın 20-nə kimi geri çağırılması nəzərdə tutulub.



SON XƏBƏRLƏR