Astan Şahverdiyev deputatlar arasında lider oldu

img

05-01-2017 [15:57]


Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb.

Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi deputatlarla bağlı dekabr ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda deputatlarla əlaqəli 24888 xəbər yerləşdirilib. Bunlardan 621 xəbər mənfi, 454 xəbər müsbət və 23813 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Astan Şahverdiyev (299 xəbər – deputat haqqında sərt fikirlər), Hüseynbala Mirələmov (60 xəbər – deputat haqqında sərt fikirlər), Mirzəcan Xəlilov (41 xəbər – deputat fəhlənin haqqını yeməsi iddiası – şikayət). Müsbət xəbərlər arasında liderlər: Zeynəb Xanlarova (161 xəbər – millət vəkilinin "Heydər Əliyev” ordeni ilə təltif edilməsi), Əliağa Hüseynov (55 xəbər – "Şöhrət” ordeni ilə təltif edilməsi).

Xəbər sayına görə sıralama:

1Mehriban Əliyeva3713 xəbər
2Oqtay Əsədov1629 xəbər
3Astan Şahverdiyev1209 xəbər
4Əflatun Amaşov737 xəbər
5Siyavuş Novruzov676 xəbər
6Rövnəq Abdullayev665 xəbər
7Qüdrət Həsənquliyev656 xəbər
8Vahid Əhmədov636 xəbər
9Fəzail Ağamalı574 xəbər
10Ziyad Səmədzadə567 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 3910 xəbər dərc edilib. Bu xəbərlərdən 3852-si neytral, 20-i müsbət, 38-i isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında Astan Şahverdiyev (28 xəbər – deputata qarşı etirazlar başlanması, haqqında sərt fikirlər) liderdir. Müsbət xəbərlər arasında liderlər: Zeynəb Xanlarova (14 xəbər – millət vəkilinin "Heydər Əliyev” ordeni ilə təltif edilməsi), Əliağa Hüseynov (3 xəbər – "Şöhrət” ordeni ilə təltif edilməsi).

Xəbər sayına görə sıralama:

1Mehriban Əliyeva594 xəbər
2Əflatun Amaşov144 xəbər
3Oqtay Əsədov143 xəbər
4İsa Həbibbəyli113 xəbər
5Hikmət Məmmədov111 xəbər
6Ziyad Səmədzadə109 xəbər
7Rövnəq Abdullayev92 xəbər
8Bahar Muradova84 xəbər
9Vahid Əhmədov82 xəbər
10Fuad Muradov76 xəbər

Dekabr ayında televiziya kanallarında deputatlar haqqında 1785 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1Mehriban Əliyeva320 xəbər
2Cavid Qurbanov100 xəbər
3Oqtay Əsədov91 xəbər
4Ziyad Səmədzadə80 xəbər
5Fuad Muradov79 xəbər
6Əhliman Əmiraslanov69 xəbər
7Bahar Muradova67 xəbər
8İsa Həbibbəyli66 xəbər
9Hadı Rəcəbli50 xəbər
10Əflatun Amaşov47 xəbər



Digər xəbərlər
SON XƏBƏRLƏR