Barələrindəki mənfi xəbərlərlə “lider” olan MÜĞƏNNİLƏR – SİYAHI

img

05-01-2017 [15:44]


Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin dekabr ayı üzrə analiz işini yekunlaşdırıb.

A24.Az xəbər verir ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1600 sayt (o cümlədən, 500 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi şou-biznes nümayəndələri ilə bağlı ölkədə dekabr ayı üzrə məlumatları təqdim edir.

2016-cı ilin dekabr ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 9866 xəbər yerləşdirilib. Bunlardan 8 xəbər mənfi, 18 xəbər müsbət və 9840 xəbər isə neytraldır. Mənfi xəbərlər Aygün Kazımova (5 xəbər – jurnalistlərlə müğənni arasında yaşananlar), Ədalət Şükürov (2 xəbər – müğənninin oxuya bilməməsi iddiası) və Elza Seyidcahana (1 xəbər – müğənnini təhqir etdilər) aiddir. Müsbət xəbərlər isə Alim Qasımova, Faiq Ağayev, Məleykə Əsədova, Miri Yusif, Nigar Camal, Oksana Rəsulova, Sevda Yəhyayeva, Sevil və Sevinc bacıları və Zamiq Hüseynova (2 xəbər – "Azerbaijan Best Awards” mərasimində mükafat alıblar) məxsusdur.

Xəbər sayına görə sıralama:

1Faiq Ağayev447 xəbər
2Röya Ayxan384 xəbər
3Günay İbrahimli378 xəbər
4Aygün Kazımova371 xəbər
5Elza Seyidcahan324 xəbər
6Tünzalə Ağayeva322 xəbər
7Alim Qasımov267 xəbər
8Nadir Qafarzadə266 xəbər
9Xatirə İslam246 xəbər
10Oksana Rəsulova211 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 493 xəbər dərc edilib. Bu xəbərlərin hamısı neytraldır. Dekabr ayında yazılı mətbuatda bu sektorla əlaqəli müsbət və mənfi xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1Alim Qasımov32 xəbər
2Tünzalə Ağayeva25 xəbər
3İlhamə Quliyeva21 xəbər
4Faiq Ağayev19 xəbər
5Röya Ayxan17 xəbər
6Elza Seyidcahan17 xəbər
7Günay İbrahimli16 xəbər
8Natəvan Həbibi14 xəbər
9Mənsum İbrahimov14 xəbər
10Miri Yusif13 xəbər

Dekabr ayında televiziya kanallarında şou-biznes nümayəndələri haqqında 107 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1Mənsum İbrahimov14 xəbər
2Alim Qasımov8 xəbər
3Zülfiyyə Xanbabayeva6 xəbər
4Tünzalə Ağayeva6 xəbər
5Nadir Qafarzadə5 xəbər
6Ədalət Şükürov5 xəbər
7Abbas Bağırov4 xəbər
8Rüfət Axundov3 xəbər
9Əlikram Bayramov3 xəbər
10Sevda Yəhyayeva3 xəbər


Digər xəbərlər
SON XƏBƏRLƏR