Şriftin ölçüsü / 131 dəfə oxunub

Yaz sessiyasında Rəqabət Məcəlləsi müzakirə ediləcək

05 Yanvar 2017 [12:34]

Milli Məclisin tətili yanvarın 15-də başa çatır. Fevral ayının 1-də isə parlamentin yaz sessiyasının ilk iclası keçiriləcək.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-aaçıqlamasında deyib ki, yaz sessiyasında Rəqabət Məcəlləsi müzakirəyə çıxarıla bilər.

"Biz 2017-ci ildə Rəqabət Məcəlləsi haqqında qanun layihəsini qəbul etməliyik. Bu ölkə başçısının imzaladığı Strateji Yol Xəritəsində də öz əksini tapıb. Rəqabət Məcəlləsinin qəbul edilməsi ölkədə inhisarçılığın, monopoliyanın qarşısını alacaq”, - deyə o bildirib.

Deputat xatırladıb ki, vergi ilə əlaqədar parlamentdə çoxlu sayda qanunlar qəbul olunub.

"Həmin qanunların icrasına baxacağıq ki, necə həyata keçirilir. Həmçinin Strateji Yol Xəritəsi təsdiq olunub. Bununla əlaqədar da bu il ərzində bir sıra qanun layihələri hazırlanacaq və ya müəyyən dəyişikliklər ediləcək”.




SON XƏBƏRLƏR