Şriftin ölçüsü / 205 dəfə oxunub

Bakıda həbsxanada yanğın - Məhkumlar təxliyə edilib

04 Yanvar 2017 [18:51]
Bakıda həbsxanada yanğın baş verib.

"Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın Xətai rayonu ərazisində, Sabit Orucov küçəsində yerləşən yetkinlik yaşına çatmayan məhkumların saxlandığı müəssisədə baş verib.

Hadisə yerinə 5 yanğınsöndürən maşın və təcili tibbi yardım birqadası cəlb olunub. Müəssisədə saxlanılan məhkumlar təxliyə edilib.

Yanğının müəssisənin zirzəmi hissəsində baş verdiyi bildirilib. Müəssisəyə elektrik enerjisinin verilməsi dayandırılıb.


SON XƏBƏRLƏR