Şriftin ölçüsü / 308 dəfə oxunub

Ağstafada ana və qızı güllələnib

03 Yanvar 2017 [16:58]

Ağstafa rayon sakini A.Allahverdiyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən iki nəfər xəsarət alıb.

Mia.az DİN-in saytına istinadən xəbər verir ki, yanvarın 2-də Ağstafa rayonunun Yuxarı Göyçəli kəndində rayon sakini Asim Allahverdiyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən kənd sakinləri Şəfaqət Göyüşova və qızı Simizər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Ağstafa RPŞ əməkdaşları tərəfindən A.Allahverdiyevdən "Stevens" markalı tüfəng götürülüb.

Araşdırma aparılır.




SON XƏBƏRLƏR