Şriftin ölçüsü / 392 dəfə oxunub

Nuranənin cənazəsi Bakıya gətirildi - Açıqlama

03 Yanvar 2017 [16:22]
İstanbulda terror hadisəsi nəticəsində dünyasını dəyişən əslən azərbaycanlı olan Rusiya vətəndaşı Nuranə Həsənovanın cənazəsi yanvarın 2-də gecə saatlarında Bakıya göndərilib.

Bu barədə Rusiyanın İstanbuldakı Baş Konsulluğundan məlumat verilib. 

Bildirilib ki, N.Həsənovanın cənazəsi Azərbaycana İstanbul valiliyinin ayırdığı xüsusi təyyarə vasitəsilə yola salınıb: "Onun ailəsi də cənazə ilə bərabər Bakıya gedib". 

Ədliyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anotomiya Birliyinin İstanbul şəhər şöbəsindən "Report"un Türkiyə bürosuna verilən məlumata görə, N.Həsənovanın cənazəsi dayısı tərəfindən götürülüb.  

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən "Reina” gecə klubuna hücum edib. Nəticədə 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb.  (Report)


SON XƏBƏRLƏR