Təcili yardım “Kamaz”la toqquşub - Ölən və yaralananlar var

img

03-01-2017 [13:19]


Bu gün Bakı-Qazax yolunun 195-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində, Səhiyyə Nazirliyinə məxsus Kürdəmir rayon Təcili Tibbi Yardım Stansiyasının "Qazel” markalı avtomobili ilə vətəndaşa məxsus "Kamaz” markalı yük avtomobili toqquşub.

Toqquşma nəticəsində yanğın baş verib. Yanğında "Qazel” markalı avtomobilin yanar hissələri yanıb. "Kamaz” markalı yük avtomobili yanğından mühafizə olunub.

***

Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı- Qazax əsas magistral yolunun 187-ci kilometrliyində, Kürdəmir rayon ərazisində qeydə alınıb.

Tural Fərman oğlu Süleymanovun idarə etdiyi, Ucar Mərkəzi Rayon Xəstəxanasına məxsus "Ford" markalı təcili tibbi yardım maşını ilə Qalib Hüseyn oğlu Hüseynovun idarə etdiyi "KamAZ" markalı yük maşını toqquşub.

Nəticədə "Ford" markalı maşında olan Ucar rayon sakini 1963-cü il təvəllüdlü Şəhla Sabir qızı Əzizova hadisə yerində ölüb. Sürücü T. Süleymanov və avtomobildə olan tibb bacısı Validə Yunis qızı Xəlilova və sərnişin Xəyalə Zabit qızı Mehdiyevaı müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

V. Xəlilova xəstəxanada vəfat edib.

Məlumata görə, təcili yardım avtomobilində olanlar hadisə nəticəsində ölən Şəhla Əzizovanın qızını Bakıdakı klinikalardan birinə yerləşdirib geri dönürmüşlər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.



Digər xəbərlər
SON XƏBƏRLƏR