Bakıda meyitləri tapılan kamerunlu futbolçular - Hansı komandanın üzvləridir?

img

02-01-2017 [15:30]


Bakıda mənzildə meyitləri tapılan əcnəbi futbolçuların çıxış etdiyi klub müəyyən edilib.
 
Apasport.az-ın məlumatına görə, kamerunlu Pau Taken, Nikbenti Nombiye Leves və Nzemele Ezzambe Linusme həvəskarlar arasında Bakı kənd və qəsəbələrinin çempionatında çıxış edən "SabunçuSpor” klubuna çıxış ediblər.
 
Senan Nike əvvəllər "SabunçuSpor”un üzvü olsa da, sonradan klubdan kənarlaşdırılıb.
 
Qeyd edək ki, Bakının Yasamal rayonunda mənzildə Kamerun Respublikasının vətəndaşı olan 5 nəfərin meyiti tapılıb. Orada kirayədə yaşayan, Kamerun Respublikasının vətəndaşları – Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata dəm qazından boğularaq ölüb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR