Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir, 15-i xarici ölkə vətəndaşıdır - İstanbuldakı terrorla bağlı yeni xəbər

img

01-01-2017 [13:27]


Yeni ilin ilk saatlarında İstanbulun məşhur əyləncə məkanlarından olan «Reina»da 39 nəfərin ölümü, 65 nəfərin yaralandığı terror aktı ilə bağlı yeni xəbərlər var.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, terrorda ölən 39 nəfərdən 20-nin şəxsiyyətinin dəqiqləşdirilməsi üzərində iş aparılır: "Həmin 20 nəfərdən artıq 15-nin şəxsiyyəti müəyyənləşdirilib. Həmin 15 nəfər xarici ölkə vətəndaşıdır".

Qeyd edək ki, terror nəticəsində yaralananlar arasında 1-i qadın, 1-i kişi olmaqla, 2 azərbaycanlı da var.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR