Benzin və siqaretin qiyməti qalxdı - Gürcüstanda

img

01-01-2017 [11:33]


Bu gündən Gürcüstanda neft məhsulları üçün aksiz dərəcəsi artırılıb.

1 ton benzin üçün aksiz vergisinin dərəcəsi 250 laridən 500 lariyə , 1 ton dizel üçün isə 150 laridən 400 lariyə qədər artıb.

Aksizin qaldırılması qiymətlərə təsir göstərib. Faktiki olaraq bu aksiz vergisi birbaşa məhsulun maya dəyərinə daxildir. Yanacaqda 25 tetra (17 qəpik) bahalaşma olub. Qeyd olunub ki, aksizin artırılması neft məhsullarının idxalının həcminə təsir göstərməyəcək.

Bundan başqa siqaret, avtomobilin idxalı vı kazino biznesi üçün aksiz vergiləri də artırılıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR