Tikinti şirkətlərinin arxasında harınlamış məmur dayanır – Partiya sədrindən sərt ittiham

img

30-12-2016 [14:44]



Vətəndaşların "Evrostroy” tikinti şirkəti tərəfindən aldadılması ilə bağlı xəbər vermişdik. 

Şirkətin Yeni Yasaml-2 Əsəd Əhmədov küçəsində AMEA-nın fizika institutunun işçiləri üçün inşa etdiyi binadan ev alan sakinlər müraciətlərində qeyd etmişdirlər ki, onlara tikintinin 2015-ci ildə tamamlanacağı və binanın təhvil veriləcəyi deyilsə də, onlar hələ də evlərinə köçə bilmirlər.

Məsələ ilə bağlı danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev vətəndaşları aldadan şirkətin arxasında qudurğan məmurun dayandığını bildirib: 
Image result for hafiz hacıyev
"Birinci növbədə o tikinti şirkətinin arxasında hansı məmurun dayandığını öyrənmək lazımdır. İnsanlar zülmlə qazandığı pulu bu şirkətlərə verirlər ki, özlərinə yuva duzəltsinlər, kiralardan canlarını qurtarsınlar. Belə "sahibkar”lar da yaramaz əməlləri ilə vətəndaşları narazı salırlar. Təkcə "Evrostroy” deyil, bir çox dələduz şirkətlər var ki, Azərbaycan insanın "boğazını kəsib”. Bütün bunların baş verməsi onu göstərir ki, bu şirkətin arxasında hansısa qudurğan məmur dayanır. Həmin məmurun dəstəyi olmasa, bu şirkət insanları incidə bilməz. Onların hamısı harınlamış məmur təbəqəsinin himayəsində olan şirkətlərdir. Bizim kimiləri niyə bina tikə bilmir? Bütün bunların hamısı harınlıq, dövləti saymamaq əlamətidir. Açıq şəkildə qanunlarımıza hörmətsizlik edirlər. Hansı daşı qaldırırssan altından məmur çıxır”.

Partiya sədri öz hüquqlarını tələb etmədiklərinə görə, insanları da qınayıb: 
"İnsanlarımızın özündə də talelərinə biganəlik var. Əgər şirkət onları aldadırsa, niyə gedib həmin şirkət rəhbərinin qarşısını kəsib onu cəzalandırmırlar? Aldadılan sakinlər gedib həmin şirkət rəhbərinin evində oturmalıdır. Bizim partiyaya müraciət edərlərsə, onlara kömək etməyə hazırıq”.



Digər xəbərlər
SON XƏBƏRLƏR