Şriftin ölçüsü / 582 dəfə oxunub

Hafiz Hacıyevdən Azərbaycan xalqına təbrik

30 Dekabr 2016 [14:38]
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə bağlı dünya azərbaycanlılarını və Azərbaycan vətəndaşlanını təbrik edib.

"Hər şüydən öncə əziz xalqıma xoşbəxtlik, firavan həyat arzulayıram. Eyni zamanda, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlıları təbrik edirəm. Hesab edirəm ki, biz hər zaman həmrəy olmalıyıq. Azərbaycanlılar bütün səylərini birləşdirsələr, o zaman Dağlıq Qarabağ problemi də həll olunar. Mən bütün dünya azərbaycanlılarını milli birliyə, həmrəyliyə çağırıram. Hər bir vətəndaşımızı təbrik edir, can sağlığı ailə xoşbəxtliyi nurlu gələcək arzu edirəm. Yeni iliniz mübarək”.



SON XƏBƏRLƏR