Bu şəxslərə xüsusi vəsiqələr veriləcək - Yeni qanun

img

30-12-2016 [14:34]


Azərbaycanda qaçqın statusu alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə xüsusi vəsiqələr veriləcək.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 3-cü (Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər) maddəsinə yeni 5-ci bəndin əlavə edilməsi müzakirə olunub.

Təklif olunan bəndə əsasən, Azərbaycanda qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi müəyyənləşdiriləcək. Bu kateqoriyadan olan insanlara yaşayış yeri üzrə qeydiyyatı göstərən yeni sənəd növü - qaçqın vəsiqəsi veriləcək.

Layihə səsə qoyularaq qəbul olunub. 
APA


Digər xəbərlər
SON XƏBƏRLƏR