Şriftin ölçüsü / 190 dəfə oxunub

Bu komanda ilə islahat mümkün deyil - Hafiz Hacıyev

29 Dekabr 2016 [13:36]
Son günlər mediada ən səs-küylü açıqlamaları ilə diqqət mərkəzinə gələn siyasətçi Hafiz Hacıyevdir.

Politika.z xəbər verir ki, Müasir Müsavat Partiyasının sədri məmur ordusunu topa tutmaqla, onları sərt tənqid etməklə fərqlənir. Mətbuatda H.Hacıyev kimi bütün məmurlara qənim kəsilmiş ikinci partiya sədrinə rast gəlmək olmaz.

Ona tənqidlərinə görə təzyiqlər olsa da, MMP sədri fikrindən geri dönmür. H.Hacıyev son dövrlər elə açıqlamalar verir ki, ən radikal müxalif siyasətçi belə dilinə gətirmir.

Ölkənin iqtisadi vəziyyəti, aqrar sektoru, bank sahəsi, maliyyə sektoru, siyasi gündəmi barədə danışan H.Hacıyev həqiqətləri solaxaya şillə kimi endirir, məmurları ad çəkərək, açıq şəkildə tənqid və ittiham edir.

Media səhifələrinə, onlayn mətbuata qısa nəzər yetirməklə aydın olur ki, Hafiz Hacıyev kimi məmurlara korrupsioner, rüşvətxor deyən siyasətçi yoxdur.

Məsələn H.Hacıyevin bir çıxışını xatırlamaq yerinə düşər:"Hazırda yedikləri çörəyə xəyanət etməyə hər an hazır olan məmurlar çoxdur”.

Bu çıxış kifayət edir ki, onun mövqeyinin aydın olduğuna əminlik yaransın. Dəfələrlə təhdidlə, sui-qəsdlə üzləşən H.Hacıyev mövqeyindən dönməyib və yenə də xalqın sözünü, dərdini açıq şəkildə çatdırır.

Politika.Az-ın Analitik Mərkəzi xəbər verir ki,Müasir Müsavat Partiyasının sədri hökuməti islahatlara, şəffaflığa, real iqtisadiyyat yaradılmasına, banklarda kredit faizlərinin aşağı salınması, rüşvətə son qoymağa, aztəminatlı ailələrə, şəhid, qaçqın ailələrinə qayğı göstərməyə, iş yerləri açmağa, məmurların villalarını, banklardakı hesablarını dondurmağa çağırır.

H.Hacıyev dəfələrlə qeyd edib ki, prezident İlham Əliyevi dəstəkləyir və onun siyasətini təqdir edir, amma bu komanda ilə islahat mümkün deyil.

Bu çıxışları və son zamanlar daha sərt tənqidlər səsləndirməsi MMP sədrinin reytinqini qaldırıb. Onun qədər media gündəmində populyar olan ikinci siyasətçi yoxdur.

Bu baxımdan partiya sıralarına qoşulanların sayı da durmadan artır. Bu gün MMP üzvlüyünə yazılanlar partiya qərargahına axın edir. Habelə, cəmiyyətin müxtəlif təbəqəli insanları, iş adamları üzləşdikləri problemin ictimailəşməsi üçün partiya sədrindən dəstək istəyir.


SON XƏBƏRLƏR