Şriftin ölçüsü / 227 dəfə oxunub

YAP-ın İdarə Heyəti toplantı

28 Dekabr 2016 [17:09]
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Mia.az-ın məlumatına görə, iclasda qeyd olunub ki, 2016-cı il ərzində Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli bir sıra mühüm tədbirlər həyata keçirməklə ölkənin ictimai-siyasi həyatında yaxından və fəal iştirakını davam etdirib.

YAP İdarə Heyətinin iclasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar görüləcək tədbirlər, o cümlədən keçiriləcək konfransın mövzusu ilə bağlı müzakirə aparılıb.
İclasda həmçinin Yeni Azərbaycan Partiyasının rayon (şəhər) təşkilatlarında növbəti konfransların keçirilməsi barədə qərar qəbul edilib.


SON XƏBƏRLƏR