Gənclərin sosial reabilitasiyası ilə bağlı - Tədbir

img

27-12-2016 [22:57]


«Rezonans» Gənclərin İctimаi Birliyinin  Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi "Gənclərin sosial reabilitasiyası " layihəsi çərçivəsində dekabrın 27-də Bakının Səbail rayonunda tədbir  keçirilib. 

Tədbirdə ekpertlər mövzu ilə əlaqədar məruzə edib, bu sahədə mövcud qanunvericiliyin tələbləri barədə məlumat veriblər. Sonda tədbir iştirakçılarının çoxsaylı sulları cavablandırılıb. 

Tədbirdə layihə çərçivəsində hazırlanmış "Məhkumlar və cəzaçəkmə müəssisələrindən azad olan gənclər üçün məlumat” kitabı və bukletlər paylanılıb və kitabxanaya hədiyyə edilib. 

Layihə məhkumların hüquqlarının təmin edilməsi, onların saxlanma vəziyyətinin yaxşılaşdırılmasını, sağlamlığın qorunması və onların reabilitasiyası və  gələcəkdə cəmiyyətə inteqrasiyasına dəstək olmaq məqsədi daşıyır.  İkinci istiqamət isə artıq azadlığa çıxdıqdan sonra məhkumların cəmiyyətdə qayıdışı ilə problemlərin həlli, normal həyata adaptasiyası və s. ilə bağlı mümkün problemlərin həllidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub