Zakir Həsənov Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanı ilə görüşdü - FOTO

img

27-12-2016 [16:38]


Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda işgüzar səfərdə olan Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin Baş Komandanı feldmarşal Şeyx Xəlifə bin Əhməd əl-Xəlifə ilə görüşüb.
 
Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, qonaq fəxri qarovulun önündən keçdikdən sonra protokola uyğun olaraq "Şərəf kitabı"nı imzalayıb.
 
Görüşdə tərəflər regional hərbi-siyasi vəziyyəti, hərbi əməkdaşlığın perspektivlərini, eləcə də müdafiə sahəsində digər məsələləri ətraflı müzakirə ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR