Şriftin ölçüsü / 179 dəfə oxunub

Deputatların etik davranış qaydaları hazırlanır

27 Dekabr 2016 [14:42]

Son vaxtlar Milli Məclisdə təmsil olunan bir sıra deputatlar fikirlərini ifadə edərkən bilərəkdən ya da bilməyərəkdən bəzi yanlış ifadələr seçirlər ki, bu da cəmiyyətdə böyük səs-küy doğurur.

İctimaiyyət nümayəndələr belə deputatların mandatdan məhrum edilməsi tələbi ilə çıxış etsələr də, qanunvericilik hələ ki buna imkan vermir. Doğrudur, 2016-cı ilin 26 sentyabrında qəbul olunmuş Referendum Aktı ilə Konstitusiyaya belə bir əlavə edilib ki,"deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda”o, mandatdan məhrum edilə bilər.

Amma hələ kideputat üçün etik davranış qaydaları müəyytən edilmədiyindən onun davranışa görə parlamentdən kənarlaşdırılması mümkün deyil.


Bəs yaxın vaxtlarda Milli Məclis tərəfindən "Deputatların etik davranışları haqqında” qanun layihəsi hazırlanacaqmı?

Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz QənizadəModern.az-aaçıqlama verib.

Çingiz Qənizadə "Deputatların etik davranışları haqqında” qanun layihəsinin hazırlandığını bildirib.

"Bu qanun layihəsi Milli Məclisin deputatlarının təşəbbüsüdür. Amma bu qanun layihəsi hələ ki bizə təqdim olunmayıb. Ona görə də deputatların etik davranış haqqında qanun layihəsində nələr əks etdiriləcək, o haqda heç nə deyə bilmərəm”.




SON XƏBƏRLƏR