Lənkəranlılar şairin işığına toplaşdılar - FOTOLAR

img

27-12-2016 [11:53]


Lənkəran şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə Lənkəran Dövlət Dram Teatrında Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, "Qızıl qələm” və "Həsən bəy Zərdabi” mükafatları lauretı, şair Etibar Vəliyevin rayon ictimayəti və poeziya həvəskarları ilə görüşü keçirilib.

Mia.az xəbər verir ki, tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyyətinin üzvü, "Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri şair Qəşəm Nəcəfzadə yaradıcılığımla bağlı iştirakçılara geniş məlumnat verib.

Tədbirdə tənqidçi şair Balayar Sadiq, AYB Lənkəran şöbəsinin sədri şair İltifat Saleh, şair Ağamir Cavad, Azərbaycanın Milli Qəhrəmanı Əskər Əliyevin atası Hacı Ələkbər yaradıcılığımla bağlı çıxış ediblər.

C. Cabbarlı adına Lənkəran 1 saylı musiqi məktəbinin müəllimləri xanəndə İmanverdi Ağayevin ifasında, tarda Əlirza Əsgərovun və kamançada Təranə Şərifovun muşayəti ilə muğam səsləndirilib.
Lənkəran Dövlət Universitetinin və rayon Mədəniyyət Şöbəsinin şeir qirayətçiləri Şəbnəm İbarzadə, Rəhilə Babazadə, Ramin Babazadə və Fatma Mirizadə hərbi və vətənpərvərlik mövzüsünda şairin şeirlərini oxuyublar.

Sonda Etibar Vəliyev tədbir iştirakçılarının suallarına cavab verib, istəklərinə uyğun şeirlərin oxuyub və oxucularına kitablarımı hədiyyə edib.

Şair görüşün ərsəyə gəlməsində yaratdıqları şəraitə və təşkilati dəstəklərinə görə Lənkəran şəhər İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov başda olmaqla, başçınin humanitar məsələlər üzrə müavini Rasilə Əliyevaya, Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərova, eləcə də əməyi keçən hər kimə öz adından və dostları adından təşəkkür edib!.







Digər xəbərlər
SON XƏBƏRLƏR