Rusiya Türkiyəyə kimi səfir göndərir? - Kremldən yayılan xəbərə reaksiya

img

27-12-2016 [11:04]


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Privoljski federal dairəsinin səlahiyyətli nümayəndəsi Mixail Babiçin RF-nin Türkiyədə səfiri təyin olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Bundan əvvəl "Dojd" telekanalı bildirmişdi ki, M.Babiç Türkiyədə yeni səfir təyin edilə bilər.

Məsələyə münasibət bildirən D.Peskov deyib: "İlk dəfədir eşidirəm".

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR