Şriftin ölçüsü / 216 dəfə oxunub

Gələn həftədən siyasi partiyalar MSK-ya hesabat verəcək

26 Dekabr 2016 [23:01]

Gələn həftədən - 2017-ci ilin yanvarından Azərbaycan Mərkəzi Seçki Komissiyasında (MSK) siyasi partiyaların 2016-ci il üzrə maliyyə hesabatlarının qəbul edilməsinə başlanılacaq.

Mi.az xəbər verir ki, "Report"un məlumatına görə, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə aprel ayının 1-dən gec olmayaraq, MSK-ya təqdim etməlidirlər.

Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Qeyd edək ki, Azərbaycan Ədliyyə Nazirliyində 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Onlardan yalnız 51-i 2016-cı il üzrə illik maliyyə hesabatını MSK-ya təqdim edib. Digər 4 partiya - Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası və Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası hesabat verməyib. Həmin partiyalar barəsində hər hansı cəza tədbiri görülməyib.




SON XƏBƏRLƏR