26-12-2016 [19:53]
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə Bakı Metropoliteninin sabiq rəisi, Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı üzrə sədri Tağı Əhmədovun zərərçəkmiş kimi ifadə verəcəyi elan olunub.
Jurnalistlərə açıqlama verən A.Çovdarovun vəkili Sadiq Rəsulov bildirib ki, təqsirləndirilən şəxslərin vəkilləri buna etiraz edib: "Biz əvvəlcədən hansı epizodlar üzrə işə baxılacağını bilmirdik. Bu barədə məlumat verilməmişdi. Çünki cinayət işinin cildləri çox olduğu üçün onu özümüzlə gəzdirmək mümkün deyildi. Buna görə də məhkəmənin təxirə salınmasını istədik".
Məhkəmə günün ikinci yarısına qədər təxirə salınıb. Günün ikinci yarısında davam etdiriləcək iclasda T.Əhmədovun zərərçəkmiş kimi ifadə verəcəyi gözlənilir.
S.Rəsulovun sözlərinə görə, müvəkkilinin səhhəti yenə məhkəmədə pisləşib.
Günün ikinci yarısında davam etdirilən prosesdə zərərçəkmiş qismində T.Əhmədovun qardaşı oğlu Şövqi Əhmədov və onun qohumu Elşən Tağıyev dindirilib.
Hər iki şəxs ifadəsində qeyd edib ki, onları MTN-ə aparıblar və orada döyüblər: "Lakin orada kim tərəfindən döyüldüklərimizdən xəbərsizik. Təqsirləndirilən şəxslərin isə heç birini tanımırıq".
Daha sonra Ş.Əhmədovla E.Tağıyevin istintaqa verdiyi ifadələrlə məhkəmədə verdikləri ifadələr arasında ziddiyyətlər olduğu müəyyənləşib. Onların ifadələri elan edilib. Bundan sonra həmin şəxslər istintaqa verdikləri ifadələrini təsdiq etdiklərini deyiblər.
Vəkil S.Rəsulov növbəti məhkəmə iclasında T.Əhmədovun məhkəmədə ifadə verəcəyini bildirib.
İttiham aktına əsasən, Ş.Əhmədovla E.Tağıyev MTN-ə aparılıb, orada döyülüblər. Həmin şəxslər ifadələrində söyləyiblər ki, MTN-də T.Əhmədovun əleyhinə ifadə vermələri tələb olunub.
Məhkəmənin növbəti iclası dekabrın 28-nə təyin edilib.
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)