İstifadəsiz torpaq sahələri dövriyyəyə cəlb ediləcək - Mənzil tikintisi üçün

img

26-12-2016 [17:31]


Strateji Yol Xəritəsində nəzərdə tutulmuş məqsədlərə nail olmaq üçün istifadəsiz torpaq sahələrinin 5%-nin dövriyyəyə cəlb edilməsi nəzərdə tutulur. 

Bu, Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsində əksini tapıb.
Sənəddə qeyd olunub ki, dövlət mülkiyyətində olan boş torpaq sahələrinin mənzil tikintisinə cəlb edilməsi nəticəsində layihələrin icra xərclərinin 10% azaldılması, seçilmiş sosial qrupa daxil olan ailələrin 10%-nin növbəti 10 ildə mənzillə təmin olunması, urbanizasiya probleminin azalması gözlənilir.

Bundan başqa, görüləcək tədbirlər nəticəsində bu günədək mənzillə təmin edilməmiş qaçqın və ya məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşması nəzərdə tutulur.


Digər xəbərlər
SON XƏBƏRLƏR