26-12-2016 [16:59]
Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi açıqlanıb.
Sənəddə qeyd edilib ki, Azərbaycan əhalisinin mənzilə sahib olmaq imkanlarının artırılması iqtisadi inkişafın dəstəklənməsinə, əhalinin yaşayış səviyyəsinin daha da yüksəlməsinə, iqtisadi canlanmaya və yeni iş yerlərinin açılmasına səbəb olacaq, o cümlədən ipoteka bazarının daha da inkişafına şərait yaradacaq.
"Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması artan mənzil tələbatı fonunda tikinti sektorunu stimullaşdırmaq məqsədi daşıyır. Mənzil İnşaatı Dövlət Agentliyi Azərbaycanda mənzil fondunun inkişafı məqsədilə uyğun qiymətə mənzil təminatı layihələri hazırlayacaq və mənzil bazarının səmərəli fəaliyyətinə şərait yaradan əsas mexanizmlərin (dövlət dəstəyi, layihə resurslarının birləşdirilməsi, özəl sektor tərəfdaşlarının iştirakı və ipoteka bazarının səmərəliliyinin təmin edilməsi) formalaşdırılması və həyata keçirilməsini təşkil edəcək. Agentliyin tabeliyində olan "MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tikinti layihələrində sifarişçi qismində çıxış edərək, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə yaradılıb”, - deyə sənəddə vurğulanıb.
Strateji yol xəritəsində bildirilib ki, 2020-ci ilədək strateji baxışda ölkədə mənzil ehtiyacının ödənilməsi və bu məqsədlə yaşayış binalarının və müvafiq sosial infrastrukturun tikilməsində Mənzil İnşaatı Dövlət Agentliyinin mövqeyinin gücləndirilməsi, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışda şəhərlərin əsaslı və planlı şəkildə yenidən qurulması, 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışda isə rayonlarda da uyğun qiymətə mənzil sektorunun davamlı inkişafı ilə bağlı çatışmazlıqların aradan qaldırılması nəzərdə tutulur.
Sənəddə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri rəhbər tutulmaqla 2020-ci ilədək olan dövr üçün Azərbaycanın uyğun qiymətə mənzil təminatı sahəsində aşağıdakı strateji hədəflər müəyyən edilib:
· Uyğun qiymətə mənzil təminatının layihələndirilməsi və həyata keçirilməsi;
· Mənzil İnşaatı Dövlət Agentliyinə müəyyən strategiya və hədəflərə əsaslanan
səlahiyyətlərin verilməsi;
· Uyğun qiymətə mənzil bazarının fəaliyyətinə əlverişli şərait yaradan əsas mexanizmlərin həyata keçirilməsi.
"Uyğun qiymətə mənzil təminatı üzrə strateji məqsədlərə nail olmaq üçün hər bir prioritet üzrə müxtəlif hədəf indikatorlarından ("MİDA” MMC tərəfindən təhvil verilmiş mənzillərin sayı, mənzillərin orta inşaat müddəti, alıcıların sayı və s.) istifadə edilməsi nəzərdə tutulur. Əsas strateji məqsədlərə Azərbaycan Respublikası vətəndaşlarının, xüsusilə də aşağıgəlirli ailələrin mənzil şəraitinin daha da yaxşılaşdırılması, tikinti sektorunda rəqabət mühitinin artırılması və sektorun inkişaf dinamikasının davamlılığının təmin edilməsi, eləcə də bu istiqamətdə dövlət siyasətinin icrasının təmin edilməsi daxildir”, - deyə sənəddə vurğulanıb.
Sənəd müəlliflərinin hesablamalarına görə, 2020-ci ilədək olan dövr üçün müəyyən edilmiş hədəflərin reallaşması nəticəsində Azərbaycanda 2020-ci ildə real ÜDM-in birbaşa 168 mln. və dolayı 81 mln. manatadək artacağı, tikinti sektorunda 10 minə yaxın yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.
Sənəddə qeyd olunub ki, təsirin gerçəkləşdirilməsi dövlət–özəl resursları hesabına 900 milyon manat həcmində investisiya qoyuluşu tələb edir.
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür