“USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsi davam edir

img

26-12-2016 [12:23]


24 dekabr 2016-cı il tarixində Sumqayıt şəhərində "Park Restoran”da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə "Sumqayıt Tələbələri” ictimai birliyi tərəfindən "USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsi çərçivəsində sosial Mühəndislik və veb 2.0 texnologiyalarının gənclərin peşə bacarıqlarının artırılmasında rolu barədə növbəti təlim keçirilib. 

 Sosial servislər və veb 2.0 texnologiyalar üzrə Beynəlxalq ekspert/mütəxəssis Ramil Süleymanov tərəfindən aparılan təlim gənclərin maraqlarına uyğun olaraq interaktiv şəraitdə təşkil olunmuşdur. Təlim zamanı simulyasiyalardan, qrup işlərindən istifadə olunmuşdur. Qeyd edək ki, layihə çərçivəsində "İKT texnologiyaları”, "Bloqçuluq”, "Şəbəkə çəkilişi və dizayn – proqramlaşdırma” peşələri istiqamətində də təlimlər təşkil olunacaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR