Şriftin ölçüsü / 225 dəfə oxunub

“Metropark”da şok olay: 6 yaşlı qızın barmağı qopdu

26 Dekabr 2016 [11:03]

Vakı şəhəri, Nərimanov rayonunda yeləşən "Metropark” ticarət mərkəzində bədbəxt hadisə baş verib.

Mia.az xəbər verir ki, Nərimanov Rayon Prokurorluğundan "Report”a verilən məlumata görə, ticarət mərkəzində eskalatorla hərəkət edən 6 yaşlı A.B. adlı qız ağır xəsarət alıb. Belə ki, 2010-cu il təvəllüdlü uşağın ayağı eskalatora ilişib və barmağının bir hissəsi qopub. Azyaşlı xəstəxanaya çatdırılıb, onun ayağının bir barmağı amputasiya olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.




SON XƏBƏRLƏR