Müəllimləri direktorlar özü seçəcək - Pilot layihə başlayır

img

24-12-2016 [19:04]


"Hazırda müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulunun ən uğurlu yol olduğuna inanmıram. Çünki, müasir məktəbin müəllimini həmin məktəbin müasir direktoru seçməlidir”.

Bu sözləri, 2016-cı təqvim ilinin yekununda təhsil naziri Mikayıl Cabbarov "Media ilə üz-üzə” verilişinə müsahibəsində deyib.

Nazir bildirib ki, məktəb direktorlarının muxtariyyəti daha çox olmalıdır: "Akademik göstərici, fəallığın şəffaflığı, idaretmənin keyfiyyəti yüksək olan məktəblərə həmin hüququ ötürmək niyyətindəyik. Bu pilot layihə çərçivəsində, biz 50 məktəbə o hüququ verəcəyik. Əgər müəllim imtahan verib biliyini təsdiqlədibsə , o, müasir məzmunlu pedaqoqikanı, psixologiyanı bilirsə artıq məktəb direktorunun hüququdur ki, onu seçsin. Qısa müddət ərazində bir sıra məktəblərə bu hüquq veriləcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR