Baş Prokurorluqda mətbuat xidməti ilə bağlı struktur dəyişikliyi - Yeni idarə yaradıldı

img

24-12-2016 [16:27]


Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti bundan sonra ayrıca struktur kimi fəaliyyət göstərəcək.

"Report" xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturu”nda dəyişikliklər edilməsi haqqında sərəncam imzalayıb.

Baş Prokurorluğun strukturunda Mətbuat xidməti və İnformasiya-kommunikasiya texnologiyaları idarəsi yaradılıb. Mətbuat xidməti şöbə səlahiyyətli olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR