Deputata yeni vəzifə verildi

img

23-12-2016 [13:14]


Bu gün Gənclər və İdman Nazirliyində Uşaq-Gənclər Futbol Federasiyasına (UGFF) yeni prezident seçkisi keçirilib. 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, seçkidə nazir Azad Rəhimov, nazir müavini İsmayıl İsmayılov, idman şöbəsinin müdiri Fərid Mansurov, Milli Məclisin deputatı, AFFA-nın I vitse-prezidenti Rauf Əliyev, AFFA-nın baş katibi Elxan Məmmədov və digərləri iştirak edib.

Uşaq futbolunun inkişafının önəmindən danışan A.Rəhimov bildirib ki, ölkədə yeniyetmələr, gənclər arasında bu idman növünə daim yüksək maraq var. Bu səbəbdən, uşaq futbolunun inkişafı önəmli rol oynayır.
Daha sonra səsvermə nəticəsində millət vəkili Rauf Əliyev UGFF prezidenti secilib. O, dünyasını dəyişmiş Mirkamil Rəhimovu əvəzləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR