Azərbaycan, Qazaxıstan və Rusiya QHT-ləri əməkdaşlıq edəcək

img

23-12-2016 [13:05]


Azərbaycan "Free Person” İnsan Hüquqlarını Müdafiə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Regional təhlükəsizlik məsələləri üzrə Xəzər dənizi hövzəsi QHT-lərinin onlayn əməkdaşlıq şəbəkəsinin yaradılması” layihəsi çərçivəsində şəbəkəyə üzv olmaq istəyən QHT-lərlə memorandumların imzalanmasına start verib.

Regional Təhlükəsizlik Məsələləri üzrə Xəzər Dənizi Hövzəsi QHT-lərinin Onlayn Əməkdaşlıq Şəbəkəsi üçün vahid müzakirə və informasiya, təcürbə mübadilsiplatforması yaradılması məqsədilə Şəbəkənin http://caspianetwork.org/ saytı yaradılıb.

Bu Şəbəkənin yaradılmasında məqsədyerli QHT-lərin Xəzər dənizi ölkələrin QHT-ləri ilə regional təhlükləsizlik probləmlərinn həllində və digər qarşılıqlı maraq doğuran məsələlərlə bağlı əlaqələrinin qurulmasına dəstək verilməsidir. Maraqlananlar vəya üzv olmaq istəyən QHT-lər www.caspianetwork.org veb səifəsindən ərizə ilə müraciət edə bilərlər.

Saytda Şəbəkə haqqında məlumat verilib. Şəbəkənin üzvləri haqqında məlumat verilib. Azərbaycan, Rusiya, Qazaxıstanın milli təhlükəsizlik məsələləri ilə bağlı milli təhlükəsizlik, terrorizmlə mübarisə, "çirkli pulların” yuyulmasına qarşı mübariə ilə bağlı qanunları, normativ-hüquqi aktları yerləşdirilib.

Hazırda Qazaxıstan və Rusiyadan 1 təşkilat, Azərbaycanda isə 3 təşkilat Şəbəkəyə qoşulub. Şəbəkəyə üzvlük açıqdır və yeni üzvlərin qəbulu üçün Rusiya, Qazaxıstan QHT-ləri ilə müzakirələr davam etdirilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR