Azərbaycan Qazaxıstan QHT-lərinin əməkdaşlığı müzakirə olunub

img

12-12-2016 [12:47]


8-10 Dekabr tarixlərində Azərbaycan "Free Person” İnsan Hüquqlarını Müdafiə İctimai Birliyinin ekspertləri Şahin Nəsrullayev və Zaur İbrahimov Qazaxstanda yerli QHT nümayəndələri ilə görşlər keçiriblər.

Azərbaycan "Free Person” İnsan Hüquqlarını Müdafiə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Regional təhlükəsizlik məsələləri üzrə Xəzər dənizi hövzəsi QHT-lərinin onlayn əməkdaşlıq şəbəkəsinin yaradılması” layihəsini icra edir.

Layihənin məqsədi yerli QHT-lərin Xəzər dənizi ölkələrin QHT-ləri ilə regional təhlükləsizlik probləmlərinn həllində və digər qarşılıqlı maraq doğuran məsələlərlə bağlı əlaqələrinin qurulmasına dəstək verilməsidir. Layhə haqqında məlumat yayamaq və bu layihədə maraqlı olan Qeyri Hökümət təşkilatları iə görüşmək məqsədi ilə layihə ekspertləri Qazaxstana səfər ediblər. Görüşlər çərçivəsində hər iki ölkədən olan QHT-lərin beynəlxalq ictimai-siyasi və iqtisadi həyata inteqrasiyasının artırılması, Xəzər dənizi ölkələrinin QHT-lərin regional təhlükəsizlik məsələlərinin həllinə cəlb edilməsi, regional təhlükəsizlik məsələləri ilə bağlı Xəzər dənizi ölkələrinin QHT-lərin səylərinin əlaqələndirilməsi, region ölkələri ictimaiyyətinin diqqətinin təhlükəsizlik problemlərinə yönəldilməsi və fəal QHT-lərə beynəlxalq arenya çıxış şəraitinin yaradılması məsələləri müzakirə olunub.



Digər xəbərlər
SON XƏBƏRLƏR