Xırdalanda yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

img

23-12-2016 [10:32]


Xırdalan şəhərində yanğın hadisəsi baş verib.

Mia.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsindən 12-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 12 p.m yanıb. Hadisə zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub.

Mənzillər yanğından mühafizə edilib. Yanğın saat 08:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR