Şriftin ölçüsü / 241 dəfə oxunub

Bakıda kütləvi dava olub, iki qardaş bıçaqlanıb

22 Dekabr 2016 [10:37]
Bakıda kütləvi dava zamanı iki qardaş bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Xəzər rayonu Binə qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakinləri Mülkədar Nəzərov və onun qardaşı İsgəndər Nəzərov əvvəlcə döyülüb. Daha sonra hər iki qardaşın bədənlərinin müxtəlif nahiyələrinə daş və bıçaqla xəsarət yetiriblər.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qardaşların qohumlarının dediyinə görə, hadisə Mülkədar Nəzərovun yaşadığı evin qarşısında baş verib. İki qardaşı da M.Nəzərovun qaynı və dostları döyərək bıçaqlayıb. Onlar bildirib ki, yeznə və qayın arasında əvvəllər də mübahisə olub.

Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, M. Nəzərovun qaynı Oruc Salmanov və daha iki nəfər saxlanılıb.

Faktla əlaqədar araşdırma davam etdirilir.



SON XƏBƏRLƏR