Prezidentlər İlham Əliyevi təbrik etdi

img

22-12-2016 [10:12]


Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Mia.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik etmək istəyirəm.

Biz Sizin Azərbaycan cəmiyyətinin quruculuğu işinə, eləcə də ölkənin təbliğinə və onun iqtisadi inkişafına verdiyiniz töhfəni yüksək qiymətləndiririk. Azərbaycan Respublikası bu qısa tarixi dövrdə böyük nailiyyətlər əldə edib, dünya birliyinin fəal və nüfuzlu üzvü olub.

Əminəm ki, ənənəvi dostluğumuz və mehriban qonşuluq əlaqələrimiz xalqlarımızın firavanlığı naminə möhkəmlənməkdə davam edəcək.

Fürsətdən istifadə edərək, hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və fəaliyyətinizdə yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıram”.

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov da Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi 55 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan xalqının mənafeyinə yorulmadan göstərdiyiniz qayğı haqlı olaraq Sizə regionda və onun hüdudlarından kənarda hörmət və nüfuz qazandırıb. Dövlətlərimiz arasında dostluq münasibətlərinin inkişafına Sizin şəxsi töhfənizi biz Türkmənistanda yüksək qiymətləndiririk.

Bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, bol həyat enerjisi, şəxsi səadət, bütün dost Azərbaycan xalqının tərəqqisi və firavanlığı naminə ali dövləti vəzifənizdə uğurlar arzulayıram”.


Digər xəbərlər
SON XƏBƏRLƏR