Suriyada keçirilən "Fərad qalxanı” əməliyyatında Türkiyə ordusu ağır itki verib.
İŞİD-in hücumu nəticəsində Türkiyənin 10 əsgəri şəhid olub. 6-sı ağır olmaqla 18 əsgərin yaralandığı bildirilir.
Türkiyənin cavab zərbəsi ilə 138 İŞİD terrorçusu zərərsizləşdirilib.
Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyə daha 4 əsgərini itirmişdi. Ümumilikdə isə gün ərzində 14 türk hərbçi şəhid olub, 33 nəfər yaralanıb.