Azərbaycana qış gəldi

img

21-12-2016 [15:12]


Azərbaycana qış gəlib.

Azərbaycan Milli Elmlər Akademiyasından APA-ya verilən məlumata görə, bu gün saat 14:44-də qış fəsli başlayıb.

Həmin vaxt Yer Qış Günəş duruşu nöqtəsindən keçir, bundan sonra Yerin şimal yarımkürəsində şimal hissəyə xarakterik olan qış fəsli başlayır.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, Yer Qış Günəş duruşundan keçdikdən bir neçə gün sonra gün uzanacaq, gecə qısalacaq. Qış Günəş duruşunun xarakterik xüsusiyyəti ondan ibarətdir ki, həmin gün ən qısa gündüz, ən uzun gecə olur.

Bu gün gecənin uzunluğu 14 saat 43 dəqiqə, gündüz isə 9 saat 17 dəqiqə olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR