Şriftin ölçüsü / 235 dəfə oxunub

Azərbaycan manatı son bir ildə daha 13% ucuzlaşıb

21 Dekabr 2016 [12:30]

Bu gün Azərbaycan milli valyutası - manatın ikinci kəskin devalvasiyasından bir il ötüb.

Dünya bazarında neft qiymətlərinin kəskin azalmasından sonra Azərbaycan manatı iki dəfə devalvasiya ilə üzləşib. İlk devalvasiya 2015-ci il fevralın 21-də, ikinci devalvasiya isə həmin ilin dekabrın 21-də baş tutub. Sonuncu kəskin devalvasiya zamanı manat dollara qarşı 47% ucuzlaşdırılıb və rəsmi məzənnə təxminən 1,05 AZN/USD-dən 1,55 AZN/USD-yə çatdırılıb.

Bundan sonra isə ötənmüddət ərzində manat daha 13,4% ucuzlaşıb. Ümumilikdə, manatın sabit məzənnə dövründən, yəni 0,7850 AZN/USD səviyyəsindən etibarən milli valyuta124% və ya 2,24 dəfə ucuzlaşıb.

İlk devalvasiyadan sonra manat idarə olunan "üzən məzənnə" rejiminə keçib. Bu müddət ərzində rəsmi məzənnənin minimal həddi 25-26 may tarixlərində 1,49 AZN/USD səviyyəsində qeydə alınıb. Məzənnənin maksimal həddi isə bu günə olan 1,7575 AZN/USD-dir.

Aşağıdakı qrafikdə manatın dollarla müqayisədə 20 fevral 2015-ci ildən etibarən dəyişiklik trayektoriyası əksini tapıb:

"Report"


SON XƏBƏRLƏR