Şriftin ölçüsü / 193 dəfə oxunub

Maşallah Əhmədov xəstəxanaya yerləşdirilib - Hökm təxirə salınıb

20 Dekabr 2016 [15:47]

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən proses təxirə salınıb. Buna isə M.Əhmədovun səhhətinin səbəb olduğu bildirilib. Özəl klinikaların birindən məhkəməyə daxil olan rəsmi məktubda M.Əhmədovun xəstəxanaya yerləşdirildiyi qeyd olunub.

Buna görə də məhkəmə prosesi qeyri-müəyyən müddətə təxirə salınıb.

Xatırladaq ki, bu gün M.Əhmədova hökm oxunmalı idi. Dövlət ittihamçısı M.Əhmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Neftçi”nin keçmiş futbolçusu olan Maşallah Əhmədov bir neçə şəxsə tikinti materialları satmaq adı ilə 150 min manata yaxın pul alıb qaytarmadığı üçün 2015-ci il dekabrın 14-də saxlanılıb. İstintaq dövründə zamində olub.

qafqazinfo




SON XƏBƏRLƏR