Şriftin ölçüsü / 368 dəfə oxunub

Xalq artistinin maşını cərimə meydançasına aparıldı - Fotolar

20 Dekabr 2016 [15:05]

Azərbaycanın xalq artisti Canəli Əkbərovun avtomobilini Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cərimə meydançasına aparıblar.

Mia.az avtosfer.az-a istinadən xəbər verir ki, xalq artisti «Toyota-Prado» markalı, 90 -FZ-171 dövlət nömrə nişanlı avtomobilini yol kənarında saxlayıb. Bununla da o, dayanma-durma qaydasını pozub. Cərimə meydançasına gələn xalq artisti qayda pozmasını etraf edib. «Dayanma və durmanın cəriməsini ödədim, avtomobilimi müvəqqəti duracaqdan götürdüm. Sağ olsunlar, mənə çox hörmət etdilər» deyə, Canəli Əkbərov bildirib.

Onu da qeyd edək ki, Canəli Əkbərovun avtomobilini evakuator Dövlət Musiqili Teatırın yaxınlığından aparıb. Xalq artisti bildirib ki, həmin teatırda mərhum xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirdə iştrak edirmiş.

Canəli Əkbərovun maşını cərimə meydançasına aparıldı  -  Fotolar
Canəli Əkbərovun maşını cərimə meydançasına aparıldı  -  Fotolar



SON XƏBƏRLƏR