Şriftin ölçüsü / 144 dəfə oxunub

Prokuror İlhamə Quliyevanın köməkçisinə 8 illik həbs istədi

20 Dekabr 2016 [13:02]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror M. Hüseynovaya 8 illik həbs cəzası istəyib. Proses dekabrın 27-də davam etdiriləcək(apa).

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.



SON XƏBƏRLƏR