Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri gücləndirilmiş iş rejiminə keçib

img

20-12-2016 [12:08]


Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı diplomatik nümayəndəlikləri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.

Mia.az xəbər verir ki, bu barədə "Report”un sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Qeyd edək ki, dünən Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov güllələnərək öldürülüb. Bundan sonra Türkiyədəki bir sıra səfirliklər gücləndirilmiş iş rejiminə keçib, ABŞ və İranın diplomatik nümayəndəlikləri isə bir günlük bağlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR