Vergi amnitsiyası, yoxsa borcların əsas hisssəsinin ödənilməsi qrafiki?

img

20-12-2016 [11:21]


Dekabrın 20-si Milli Məclisin "İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi”ndə 2017-ci ilin yanvarın 1-dək vergi borcu olan hüquqi və fiziki şəxslərə vergi amnitsiyasını nəzərdə tutan sənəd layihəsinin müzakirəsi gözlənilir. 

Sənəd layihəsində nəzərdə tutulur ki, növbəti ilədək vergi borcu olanlar 2017-ci ilin yanvar ayında onun 30, fevral ayında 50, mart ayında isə 70 faizini ödəyərsə, borcun qalıq hissəsini ödəməkdən azad olunacaqlar. Bu isə onu deməyə əsas verir ki, müzakirəyə təqdim olunan sənədin icrası növbəti ilin 1-ci rübündə gözlənilən büdcə böhranın qarşısının alınmasına yönəldiləcək. Odur ki, bu sahibkarların maliyyə vəziyyətinin yaxşılaşdırılmasından daha çox vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının əsas hisssəsinin ödənilməsinin təmin olunmasına xidmət edəcək.

Fikrimizcə, sənəd layihəsində müəyyənləşdirilmiş vaxt çərçivəsi və faiz dərəcələri mikro maliyyə imkanları, müəssisələrin iqtisadi durumu, eləcə də borclu vergi ödəyiciləri üzrə risk qrupları nəzərə alınmadan hazırlanıb, yeni iqtisadi gerçəkliyin tələblərini və borcların differensiallaşmasını imkanlarını özündə əks etdirmir. Odur ki, bu yanaşma xüsusilə də iri məbləğli şübhəli və ümidsiz borcların geri qaytarılmasında səmərə verməyəcək. Amma istənilən halda bu qərarı iqtisadiyyatın liberallaşdırması istiqamətində addım kimi qiymətləndirirəm. Yeri gəlmişkən onu da qeyd edim ki, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının Məclisinin bu iln yanvar ayının 31-də qəbul edib, hökümətə təqdim etdiyi "İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi”nin "Vergi-tarif və fiskal islahatlar” bölməsinin 4.1.-ci maddəsində vergi cərimələri hesablanan vergi ödəyicilərinin əlavə yüklərinin azaldılması vergi amnitsiyasının verilməsi təklif olunurdu. Hesab edirəm ki, daha düzgün yanaşma ümumi vergi amnitsiyası yolu ilə müxtəlif borc öhdəliklərinə fərqli və differensial yanaşmaını özündə əks etdirən bəzi borcların sıfırlanması, digərlərinin isə mərhələli silinməsi olardı. Eyni zamanda amnistiya üçün ayrımış 3 aylıq müddət çərçivəsi də adekvat hesab edilə bilməz. Çünki, iqtisadi böhran şəraitində maliyyə resursların səfərbər edilməsi üçün daha çox zaman tələb olunur.

Qubad İbadoğlu, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub