Arif Mehdiyev II Fəxri xiyabanda dəfn olunacaq

img

19-12-2016 [17:54]


Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyevlə vida mərasiminin vaxtı açıqlanıb.

 AMEA-nın mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, A. Mehdiyevlə vida mərasimi sabah saat 14.00-da AMEA-nın Əsas binasında baş tutacaq.

Ailəsindən bildirlib ki, A. Mehdiyev II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, 82 yaşlı A. Mehdiyev uzun sürən xəstəlikdən sonra bu gün günorta saatlarında dünyasını dəyişib.  

Digər xəbərlər
SON XƏBƏRLƏR