Sumqayıtda “USTA” gənclərin peşə bacarıqları artırılır

img

19-12-2016 [16:49]


Sumqayıtda "USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsi davam edir. 

17-18 dekabr 2016-cı il tarixlərində Sumqayıt şəhərində "Park Restoran”-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə "Sumqayıt Tələbələri” ictimai birliyi tərəfindən "USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsi çərçivəsində növbəti təlimlər keçirmişdir. Layihə çərçivəsində "foto və video” çəkilişləri mövzusunda iki günlük təlimlər keçirilmişdir. Tədbiri giriş sözü ilə açan layihənin koordinatoru Rəşad Yunusov layihənin əsas məqsədinin ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatının ödənilməsində peşə təhsilinin rolunun artırılması, peşə təhsilini müasir tələblər baxımından təkmilləşdirmək, sahələr üzrə ixtisaslı kadrlar hazırlamaq, peşə təhsilini ictimaiyyət arasında təbliğ etmək, gənclərin bu sahədə bilik və bacarıqlarının artırılmasından ibarət olduğunu bildirdi. Təlimlər foto və video sahəsində peşakarlığı ilə fərqlənən və bu sahadə şəxsi biznesini formalaşdırıb inkişaf etdirən gənc sahibkar Zaur Ağazadə tərəfindən keçirilmişdir. Z. Ağazadə interaktiv metodla keçən təlimlər zamanı işirakçılara foto və video çəkilişlərinin tarixi, formaları, üslubları, müasir foto və video çəkilişləri və montaj barədə məlumat vermişdir. 

Təlim iştirakçılarına sonda sertifikatlar təqdim olunmuşdur.Qeyd edək ki, layihə çərçivəsində gənclər üçün "Sosial mühəndislik”, "Bloqçuluq”, internet texnologiyalarından səmərəli istifadə, "İKT texnologiyaları”, "Şəbəkə çəkilişi və dizayn – proqramlaşdırma” peşələri istiqamətində də təlimlər təşkil olunacaq.



Digər xəbərlər
SON XƏBƏRLƏR