Dövlət İmtahan Mərkəzinin saytından yükləmələr pullu olacaq

img

19-12-2016 [15:44]


"İmtahan qaydalarının tez-tez dəyişdirilməyinə dair suallar verirlər. Biz təhsil mühitini formalaşdıran, dövlət tərəfindən təsdiqlənmiş sənədləri icra edirik”.


Mia.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənən "Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”na həsr olunmuş konfransda deyib. Onun sözlərinə görə, hər bir imtahan layihələndiriləndə onun məqsədi də müəyyənləşməlidir: "Məsələn, qəbul imtahanları zamanı müsabiqə fərqlidir və məzunlar arasından ən yaxşılarını seçməliyik. Buraxılış imtahanları zamanı isə uşaqların bilik və bacarıqlarının müəyyən dövlət standartlarına uyğunluğu yoxlanılır. Həmin məqsədə görə ölçmə materialları-testlər fərqli olur”. Kurrikulumla təhsil alan şagirdlərin biliklərini yoxlamaq üçün yeni növ tapşırıqların vacibliyini qeyd edən DİM sədri deyib ki, bununla əlaqədar olaraq artıq 2013-cü ildən başlayaraq şagirdlər arasında Azərbaycan dili ( tədris dili rus dili olanlar üçün rus dili) və riyaziyyatdan monitorinq imtahanları keçirilir: "Bu günə qədər 85 459 şagird monitorinq imtahanlarında iştirak edib. Hazırda DİM-in təhsil bazasında 9-cu sinifdə oxuyan 113 min nəfər şagirdin adı var. Onların 85 459-u artıq monitorinq imtahanlarından keçib".

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılmış elmi statistik təhlillərin bu qurumun saytına yükləndiyini deyən M.Abbaszadə əlavə edib ki, yanvarın 1-dən etibarən aparılmış təhlillərin elektron yüklənməsi pullu olacaq: " 1 il ərzində bu təhlillərin elektron versiyasının yüklənmə sayı 3400-ə yaxın idi. Yükləmələr hazırda pulsuz olduğundan məsləhət görərdim ki, onları indidən yükləyəsiniz. Çünki yanvarın 1-dən bu yükləmələrin qiyməti ən azı 1 manat olacaq”. 



Digər xəbərlər
SON XƏBƏRLƏR