SOCAR rəsmiləri dənizdə həlak olan neftçinin yasında iştirak ediblər

img

18-12-2016 [18:06]


Bu gün SOCAR əməkdaşları və ictimaiyyət nümayəndələri Xəzər dənizində baş vermiş hadisə nəticəsində həyatını itirən və meyiti tapılan neftçinin 3 mərasimində iştirak edib.

Bakı şəhəri, Ələt qəsəbəsinin sakini, 1958-ci il təvəllüdlü İlham Əlihüseyn oğlu Qafarovun yas mərasimi Ələt qəsəbəsində keçirilib.

"Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin əmtəə operatoru İlham Qafarov dekabrın 16-da doğulduğu Hacıqabul rayonunun Atbulaq kənd qəbirstanlığında torpağa tapşırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR