Bakıda 12 yaşlı qızın mədəsindən 1 kiloqramlıq saç çıxdı - Video

img

18-12-2016 [17:56]


Bakıda uşaqlarının gündən-günə arıqladığını və qarnının şişdiyini görən valideynlər onu həkimə aparıblar.

Həkim müayinəsindən sonra, məlum olub ki, 12 yaşlı qız "Trikofaji” adlı saç yemək xəstəliyindən əziyyət çəkir. Saç mədəni bötüvlükdə tutduğundan o yemək yeyərkən qaytarır. Qızlarının illərdir saç yediyindən xəbər tutan valideynləri həkim məsləhəti ilə onu əməliyyat etdiriblər.

Beləliklə də, qızın mədəsindən 1 kq-a yaxın ağırlığı olan tük topası çıxarılıb.

Həkim Toğrul Ömərovun sözlərinə görə, qızın çəkisi normaya düşəcək. Sadəcə belə insanlara əməliyyatdan sonra psixaloji yardım tələb olunur. Psixoloqun köməkliyi ilə onların bu vərdişlərindən azad olunmaları mümkündür.

Mia.az xezerxeber.az-ın mövzu ilə bağlı videomaterialını təqdim edir:



Digər xəbərlər
SON XƏBƏRLƏR